Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

“Unikal” xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər.

***

16:07

Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb.

"Unikal" xəbər verir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır.

***

12:56

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

Fotolar: Ayxan Məlikov