Türkiyə ilə İsrail arasında 9,5 milyard dollarlıq ticarət dayandırılıb.

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Müvafiq qərar İsrailin Qəzza zolağında apardığı müharibə ilə əlaqədar qəbul edilib.

Bundan əvvəl  Türkiyənin Ticarət Nazirliyinin yəhudi dövlətinin Qəzza zolağına hücumları fonunda İsrailə 54 qrup malın ixracını məhdudlaşdırdığı bildirilib. Təl-Əviv anklavda döyüşləri dayandırana qədər qadağa qüvvədə qalacaq.