Xəbər verdiyimiz kimi, Mingəçevirdə Vətən müharibəsi iştirakçısı Mircəlal Hacıyev özünü asaraq intihar edib.

"Unikal" Mircəlal Hacıyevin fotosunu təqdim edir.

***

13:50

Daha bir Vətən müharibəsi iştirakçısı intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevirdə Koroğlu küçəsi 23 ünvanında baş verib. Belə ki, 1997-ci il təvəllüdlü 44 günlük Vətən müharibəsi iştirakçısı Hacıyev Mircəlal Hidayət oğlu yaşadığı evdə özünü asaraq öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov