Mingəçevirdə zəncirvari yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bələdiyyə meydanında  baş verib.

"Tayota", "Opel" və "Vaz 2106" markalı avtomobillər toqquşub.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov