Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza şəhərin Şəhriyar küçəsində (Əliabad yolu) qeydə alınıb.

"Volkswagen" markalı avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Xəsarət alan Babək rayon Şıxmahmud kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayev Sərxan İsmayıl oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdı.

Faktla bağlı araşdırma aparılır.