Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev ilə TƏBİB arasında məhkəmə prosesinin hazırlıq iclası baş tutub.

“Unikal”ın məlumatına görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə baş tutan məhkəmə prosesində anket məlumatları dəqiqləşdirilib. Qeyd edək ki, iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqı tələbi qoyub. 

Məhkəmə prosesinin növbəti iclası aprel ayının 22-nə təyin edilib. 

Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

Azər İsrafilov