"Avropa nə qədər depressiv səslənsə də, müharibədən əvvəlki dövrü yayaşır".

"Unikal" xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.  

"İndi ən qorxulusu odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür. 1945-ci ildən bəri belə bir vəziyyətlə rastlaşmamışıq. Bilirəm ki, bu, xüsusən də gənc nəslin nümayəndələri üçün üzücü səslənir, lakin biz yeni dövrə əqli cəhətdən öyrəşməliyik. Biz müharibədən əvvəlki dövrdə yaşayırıq. Mübaliğə etmirəm, bu, hər gün daha aydın görünür”, - deyə baş nazir bildirib.

Siyasətçinin fikrincə, vaxt keçdikcə Avropa ölkələrinin Ukrayna qarşısında daha çox öhdəlikləri olacaq, çünki münaqişənin uzanması riski var.

Gülayə Mecid