Polşa Yay Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün öz ordusunu Fransaya göndərəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Ölkə ordusunu Parisə yeritməklə beynəlxalq səylərə qoşulacaq: "Parisə əsgərlərdən ibarət işçi qrupu, o cümlədən kinoloqlar göndəriləcək, onların əsas məqsədi partlayıcı maddələrin aşkarlanması və terror təhlükələri ilə mübarizə ilə bağlı əməliyyatların aparılması olacaq".

Ağarza Elçinoğlu