Malavi parlamenti ölkədə marixuananın yerli sortunun sənaye və dərman məqsədləri üçün yetişdirilməsini qanuniləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Bildirilir ki, hökumət marixuananın yetişdirilməsi və daşınması üçün lisenziyalar verəcək.  Parlamentdə səsvermə başlayanda bir neçə müxalifət deputat etiraz əlaməti olaraq zalı tərk edib.

2020-ci ildə Malavi hakimiyyəti fermerlərə marixuananın sənaye növlərini yetişdirməyə icazə verib, lakin onlar dünya bazarında ciddi tələbata malik olmayıblar.  Millət vəkilləri indi çamba kimi tanınan güclü yerli sortun yetişdirilməsinə qoyulmuş qadağanı ləğv ediblər.

Malavi hökuməti ümid edir ki, marixuana Afrika ölkəsinin əsas ixrac məhsulu kimi tütünü əvəz edəcək. Hazırda dünya bazarında tütünün satışı ölkəyə ümumi valyuta gəlirlərinin 60%-ni gətirir. Lakin son illər tütünə tələbatın azalması Malavi büdcəsində ciddi çətinliklərə səbəb olub.

Gülayə Mecid