Rusiyanın xüsusi xidmət orqanları “Crocus City Hall”dakı terror aktı ilə bağlı təhqiqatı davam etdirir.

"Unikal" xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Fikir vermisinizsə, hələlik heç bir rəsmi versiya irəli sürülməyib. Hansı nəticə çıxacağını gözləmək lazımdır. Xüsusi xidmət orqanları əsaslandırılmış versiya irəli sürmək üçün işləyir”, – deyə Peskov bildirib.