Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə atəşə tutması nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Feysbukda bildirib.

O, xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb.