Məhkəmə "Facebook" sosial şəbəkəsində "Crocus City Hall"da baş vermiş terror aktını ələ salan məlumat dərc edən Nikolay Konaşenkonu iki ay müddətinə həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs martın 25-də Ermənistana keçmək istəyərkən saxlanılıb.

 O, təqsirini boynuna almadığını, lakin yazdıqlarına görə peşman olduğunu bildirib.

Xatırladaq ki, Konaşenko sosial şəbəkədə terrorçuların "Kremlin yerinə "Crocus City Hall"u seçməklə səhvə yol verdiklərini yazıb. 

Onun bu açıqlamasından sonra “New Holland” layihəsinin keçmiş baş direktoru olan həyat yoldaşı Roksana Şatunovskaya vəzifəsindən azad edilib. 

Nuranə Abbasova