“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib. Onların arasında beşi 9-16 yaş arası uşaqlar olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.