Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb.

Faktla bağlı bağlı araşdırma aparılır.