Xəbər verdiyimiz kimi, Ukrayna vətəndaşı olan qadın Bakıda əri tərəfindən 5 bıçaq zərbəsi alaraq ağır yaralanıb.

"Unikal"ın məlumatına görə, qadın müalicə aldığı xəstəxanadan sığınacağa yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt Abşeron RPİ-nin İstintaq Şöbəsində nəzarətə götürülərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Zərərəçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.