Ağ Ev Crocus City Hall-da baş verən atışma ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ-nin Crocus City Hall konsert zalında terror aktının hazırlanması barədə əvvəlcədən məlumatı olmayıb. 

Ağ Evin sözçüsü əlavə edib ki, ABŞ səfirlikləri və digər Qərb ölkələrinin iki həftə əvvəl öz vətəndaşları üçün dərc etdiyi Moskvada terror aktları ehtimalı ilə bağlı xəbərdarlığın cari hadisələrə aidiyyatı yoxdur.

Ağarza Elçinoğlu