Avropa İttifaqının növbəti dörd il üçün ayırdığı 50 milyard avroluq maliyyə dəstəyi və bu il üçün 5 milyard avroluq hərbi yardım Kiyev rejimini xilas etməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

O, Avropa İttifaqının martın 21-22-də keçirilən sammitinin yekunlarına dair şərhində bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərbin pulu ilə qanlı piar kampaniyaları təşkil edəcək: "Qərbin təhrikləri, ukronazilər Rusiya şəhərlərində mülki infrastruktura və mülki insanlara qarşı terror aktları törətmədən dayanmırlar. Ukraynaya gəlincə, şübhə yoxdur ki, nə Avropa İttifaqının növbəti dörd il üçün ayırdığı 50 milyard avroluq maliyyə və iqtisadi dəstək, nə də bu il üçün ayrılan 5 milyard avroluq hərbi yardım korrupsiyalaşmış Kiyev neonasistini xilas etməyəcək. Dəyişməyən yeganə şey Avropa İttifaqının və onun Kiyevdəki marionet rejiminin ukraynalıların özlərinə qarşı amansızlığıdır".

Ağarza Elçinoğlu