Fələstinin müstəqil dövlət kimi tanınması Aİ ölkələrinin yurisdiksiyasındadır. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlayıb. 

Mişel Brüsseldə keçirilən Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Fələstin dövlətinin mümkün tanınması ilə bağlı təşəbbüsləri şərh edərkən açıqlamasında deyib ki, Aİ liderləri Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini müzakirə ediblər: "Bizim ideyamız prosesə başlamaq və hər iki tərəfin addımlarını müşahidə etmək imkanı yaratmaqdır. Bu, faydalı bir prosesə çevrilə bilər. Biz iki dövlət prinsipinə əsaslanan həll yolunu müzakirə etdik". 

Ağarza Elçinoğlu