Macarıstanın baş naziri Viktor Orban Qərbin 2-3 ay ərzində Ukraynaya qoşun yeritməyə qərar verəcəyini istisna etmir.

"Unikal" xəbər verir ki, bu barədə o, yerli KİV-ə açıqlamasında deyib. 

"Almanların Ukraynaya öldürücü silahlar göndərməyə hazır olmadıqlarını, lakin daha yaxşı texnika və dəbilqə göndərəcəklərini dediklərini xatırlayıram. İndi də deyirlər ki, Almaniya Moskvaya hücum etmək üçün istifadə oluna bilən raket sistemlərini Ukraynaya verməlidir. İndi söhbət NATO ölkələrinin hərbi müdaxiləsindən gedir. Əgər onlar Rusiya ilə silahlı münaqişəyə girsələr, dünya müharibəsi uzaqda deyil", - Orban bildirib. 

Siyasətçinin fikrincə, hazırda absurd və ağlasığmaz görünən iki-üç aydan sonra reallığa çevriləcək.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynada yerləşdiriləcəyini istisna etməyib.

Ağarza Elçinoğlu