Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası təşkil olunub.

"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Nəsimi Rayon İcra Hakimiyyəti və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən Zorge bağında keçirilən aksiya zamanı 300-dən çox sərv ağacı əkilib.

Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.