Gəndob-Yalama avtomobil yolunun 32-ci kilometrliyində, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatina gorə, "VAZ-2107" və "VAZ-21010"markalı minik avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla Xaçmaz rayonu Moruqoba kənd sakini - 1986-cı il təvəllüdlü Novruzov Vitali Raufoviç, 1981-ci il təvəllüdlu Xudat şəhər sakini Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlərlər alıb.

 Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Hazırda faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca