Baş rolunu Birkan Sokullu ilə Esra Bilgiçin canlandıracağı "Zamanın kapıları" serialındakı daha bir aktyorun kimliyi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Cem Bender də rol alacaq. 

Qeyd edək ki, Cem Bender hazırda "Aldatmak" serialında çəkilir. Layihə "beIN Connect"də yayımlanacaq.