Bodibildinq fiziki cəhətdən güclü və estetik bədən yaratmağa yönəlmiş təlim proqramlarından biridir. Bu vəziyyətə örnək olan qadın həm bədənini xeyli təkmilləşdirdiyi, həm də qazandığı pula maraq göstərdiyi üçün sosial mediada diqqət çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda təqribən 2 milyon izləyicisi olan Vladislava Qalaqan 28 yaşlı rus modelidir. Praqada yaşayan Qalaqan 2012-ci ildə idman zalına getməklə bədən quruluşunu təkmilləşdirməyə başlayıb. 2018-ci ildə bodibildinq yarışlarında iştirak edib və fitnes modeli olaraq çalışıb. 

Qalaqan sosial mediada təlim videoları və model çəkilişlərini yerləşdirməklə öz izləyici kütləsini toplayıb. Populyarlığı artdıqca o, Kendall Cennerin əzələli versiyasına bənzədiyinə dair şərhlər almağa da başlayıb. 

Qalaqan qol güləşi ilə bağlı videolarını paylaşaraq ayda beş rəqəmli pul qazandığını etiraf edib. O, bu videoların böyük diqqət çəkdiyini və insanların onlara baxdığını bildirib.

"Bu gözəl görünüşlü, əzələli obrazı satıb bir az erotika ilə birləşdirirəm. Sosial şəbəkələrə qoşulanda öyrəndim ki, hündürboy, güclü, əzələli, gözəl üzlü qadınları bəyənən kişilər çoxdur",- deyə o, vurğulayıb.