Bakıda lotereya biletləri və notbuklar oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.