Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ikinci dəfə ailə qurub. 

"Unikal" xəbər verir ki, bir neçə ay əvvəl ailə quran Aysun nikah fotolarını paylaşıb. 

"Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay əvvəl ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Salik dayrektə çoxlu suallar daxil odluğundan bu xoşbəxtliyimi sevənlərimə Sevgililər günündə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir", - deyə Aysun yazıb. 

Xatırladaq ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi olub.