"Müslüm Maqomayev 56 yaşında səhnəni tərk edib. Və son 10 ildə o, öz mənzilində qapalı vəziyyətdə yaşayıb. Məncə, bu, xoşbəxtlikdən deyil. Belə insanlar öz uğurlarının əsiri olur". 

"Unikal" xəbər verir ki, bunu müğənni Emin Ağalarov xarici KİV-ə açıqlamasında deyib. 

O, bir çox dünya musiqi ulduzlarının taleyinin çətin olduğunu etiraf edib.

Sənətçinin fikrincə, musiqiçi nə qədər populyardırsa, bir o qədər az görünməlidir: "Uğur adətən şəxsi həyatınıza zərər verir. Belə insanlar çox vaxt təkdirlər. Çox pulun isə xoşbəxtliklə heç bir əlaqəsi yoxdur". 

Seymur Əli