Yanvarın 28-i saat 06 radələrində Xaçmaz rayonu, Gülalan kənd sakini, 1986-cı il təvəllüdlü İsmayılov Aydın Cavad oğlu 1986-cı il təvəllüdlü Cəfərov Ülfət Elşad oğluna məxsus “VAZ-2104” minik markalı avtomobillə Ağdaş rayonu Ləki yolunun, həmin rayonun Dəhnəxəlil kəndi hissəsindən keçən hissəsində hərəkətdə olarkən sol arxa şini partlayıb.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində idarəetməni itirərək yolun sol hissəsində olan beton dirəyə dəyərək aşıb və avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Əzizova Laləzər İsgəndər qızı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Ağdaş RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Murad İbrahimli