Rusiya Ukraynanın Zaporojye rayonunda əhalinin sürətlə kütləvi təxliyəsinə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov Teleqram hesabında məlumat paylaşıb.

Bildirilib ki, rayonun işğal altındakı bölgələrində qalan əhalinin Berdyanska köçürülməsinə başlanılıb. Qərar cəbhə xəttindəki eskalasiya ilə əlaqələndirilib.