Ermənistanın Milli Məclisin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti sabah Türkiyəyə yola düşəcək.

"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş üzv dövlətlərin parlament başçılarının sammitində və Baş Assambleyanın plenar iclasında iştirak edəcək.

Alen Simonyan parlament başçılarının sammiti zamanı çıxış edəcəyi gözlənilir. 

***12:28

Ermənistan parlamentinin deputatları Türkiyəyə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə mayın 2-də Ermənistan parlamentinin növbəti iclasında bildirilib. 

Məlumata görə, səfər 4 may tarixində baş tutacaq: "Qara dəniz nümayəndə heyətinin üzvləri ilə Türkiyəyə, Ankaraya yola düşürük. Burada bizi kifayət qədər mürəkkəb gündəm gözləyir", - Türkiyə ilə danışıqlarda iştirak edən erməni deputat Ruben Rubinyan deyib. 

Ağarza Elçinoğlu