Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 434 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.