Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  "Unikal"a  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.