Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 180 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 17 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 814 nəfər təşkil edir.