Yeni

Konklav yeni Roma Papasını seçib. Bu barədə Unikal.org RİA Novosti-yə istinadən məlumat verir. Məlumata əsasən, Sikstin kapellasının borusundan ağ tüstü çıxır. Bu isə yeni papanın seçilməsinin əlamətidir.

Yeni seçilmiş Roma papası Fransisk adını qəbul edib.

Argentinalı Xorxe Mario Berqalio yeni Roma papası seçilib.

Yeni papa indiyədək Buenos-Ayres arxiyepiskopu olub. O sayca 266-cı Roma papasıdır. Yeni Papa artıq Müqəddəs Pyotr soborunun eyvanından ilk müraciətini səsləndirib.