Türkiyə "TCG Yıldırım F243" və "TCG Fatih F242" freqatları Qara dənizə daxil olub. 

"Unikal" xəbər verir ki, Ukrayna mətbuatının məlumatında gəmilərin Ukraynadan ixrac ediləcək taxıl karvanlarının hərəkətini təmin edəcəyi bildirilir. 

Qeyd edilib ki, gəmilər Bosfor boğazından şimala - Ukrayna istiqamətində hərəkət edib. 

Gəmilər Ukrayna taxılı olan karvanların hərəkətinə və onların yoxlanılmasına nəzarət edəcək.

Onu da deyək ki, Odessa limanları artıq işini bərpa edib və taxılın ilk daşınmasına hazırlaşır.

Ağarza Elçinoğlu