Moderator Kate McCann baş nazirliyə namizədlər Rişi Sunak və Liz Truss arasında canlı debat zamanı huşunu itirib.

"Unikal" xəbər verir ki, Trussın həyəcanı kameralara əks olunub.

İngiltərədə Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin yeni baş naziri olmaq üçün yarışan iki namizəd, keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Truss TalkTV-də canlı yayımda üz-üzə gəlib və müzakirə ediblər.

Kate McCann tərəfindən idarə olunan debat aparıcının yerə yıxılması ilə kəsilib. Truss çox təəccübləndikdən sonra McCann olduğu yerə doğru gedib.

"Kate McCann bu gecə efirdə huşunu itirdi və yaxşı olmasına baxmayaraq, həkim məsləhəti ilə müzakirəni davam etdirməyəcəyik" deyə Truss bildirib. 

TalkTV yayımı kəsdikdən sonra izləyicilərindən üzr istəyib.

Namizədlər yayım kəsilməmişdən əvvəl Britaniyanın Ukraynaya dəstəyi ilə bağlı sualları cavablandırıblar.

Qeyd edək ki, iyulun 7-də Böyük Britaniyanın baş naziri Boris Consonun Mühafizəkarlar Partiyasının rəhbərliyindən və baş nazir postundan istefa verməsindən sonra Mühafizəkarlar Partiyasının yeni liderinin seçilməsi üçün keçirilən səsvermə nəticəsində namizədlərin sayı 2-yə endirilib. Yeni partiya lideri və baş nazirin sentyabrın 5-də açıqlanacağı, Consonun isə yeni baş nazir seçilənə qədər vəzifəsində qalacağı gözlənilir.