"Kanal', 'Bərəkətli torpaqlarda' və 'Hakkaridə Bir Sezon' kimi bir çox filmin prodüserliyini edən türk kinosunun önəmli rejissorlarından olan Erden Kıral 80 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Antalyada yaşayan direktor Erden Kıral 10 gün əvvəl bədən infeksiyası səbəbilə Kumlucadakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Beyinə qan sızan Kıral bu gün günorta saatlarında çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.

Rejissor Erden Kıralın cənazəsinin Kumlucadakı özəl xəstəxanadan götürülərək yaxınları tərəfindən İstanbula aparılacağı öyrənilib.