Çində güclü yağışın səbəb olduğu sel fəlakətində ən azı 12 nəfər həyatını itirib, 12 nəfər isə sel sularında itkin düşüb.

"Unikal" xəbər verir ki, Çinin şimal-qərb və cənub-qərbində daşqınlar baş verib.

Ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb. Qansu əyalətinin Lonnan şəhərində güclü yağışlar nəticəsində 6 nəfər həyatını itirib. Ərazidən 3 minə yaxın insan təxliyə edilib. Mütəxəssislər ekstremal hava şəraitinin iqlim dəyişikliyinə səbəb olduğunu bildiriblər.

Çinin Henan əyalətində ötən ilin iyun ayında güclü yağışlar nəticəsində 398 nəfər həlak olub.