Bu gün səhər saatlarında ruslar Xarkovdakı məktəbə raket zərbəsi endiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram"da məlumat yayıb.

Onun sözlərinə görə, səhər saat 4-də Xarkovun Şevçenkovski rayonuna məkrli şəkildə raket zərbəsi endirilib:

"Terrorçular orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. İlkin məlumatlara görə məktəbdə heç kim olmayıb".