Böyük Britaniya Rusiyanın krallıqdakı dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün müsadirə edilmə imkanını nəzərdən keçirir.

"Unikal" xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Böyük Britaniyanın Kanadadan nümunə götürmək və rusların Böyük Britaniyadakı aktivlərini Ukraynaya keçirmək üçün onlara həbs qoymaq niyyətindı olduqlarını bildirib. 

"Mən bu konsepsiyanı dəstəkləyirəm. Biz onu çox yaxından izləyirik. Kanadalılar, əslində, Daxili İşlər Nazirliyi və Xəzinədarlıqla işlədiyimiz qanunu yenicə qəbul etdilər, lakin mən, şübhəsiz ki, bu fikirlə razıyam. Sadəcə, bu məsələnin bütün detallarını işləməliyik", - XİN rəhbəri vurğulayıb. 

O, Britaniya parlamentinin planın həyata keçirilməsinə imkan verəcək yeni qanun qəbul etməli olacağını istisna etməyib. Bununla belə, nazir əlavə edib ki, bəlkə də bunu etmək mümkün olacaq.

Qəzet qeyd edib ki, müsadirə olunan vəsaitlər ya təzminat şəklində fərdi şəxslərə, ya da Ukrayna hakimiyyətinə verilə bilər.

Ağarza Elçinoğlu