Dörd il ərzində yeni kriptovalyuta hazırladığını deyərək 4 milyard dollar qazanan “Kripto Kraliçası” ləqəbli Ruja İqnatova FTB-nin “ən çox axtarılan 10 adam” siyahısına daxil olub.

"Unikal" xəbər verir ki, ABŞ kəşfiyyat təşkilatı FTB tərəfindən ən çox axtarılanlar siyahısına salınan “Kripto kraliçası” ləqəbli Ruja İqnatova yenidən dünyanın danışdığı adlardan birinə çevrilib.

Sevgilisinin ABŞ kəşfiyyatı ilə əməkdaşlıq etdiyini anlayandan sonra 2017-ci ildə Afinaya qaçan bolqar əsilli Ruja İqnatova bu günə qədər axtarışdadır. Amerika Federal Təhqiqat Bürosu (FTB) ən çox axtarılanlar siyahısına daxil edilən İqnatovanın başına 100 min dollar (1,7 milyon TL) mükafat qoyulduğunu açıqlayıb.

Oksford Universitetində təhsil alan Bolqarıstan əsilli İqnatova “Bitcoin killer” kripto pulunu inkişaf etdirdiyini iddia edərək 4 milyard dollar toplayıb və rəqib Bitcoin-ə sərmayə qoyub. 

Gültəkin Ələsgər