Dövlət sirrni Çinə ötürmə şübhəsi ilə xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada saxlanılan rusiyalı alim Dmitri Kolker dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bir neçə gün əvvəl Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker 4-cü mərhələdə xərçəng xəstəliyindən müalicə aldığı Novosibirskdəki xəstəxanada Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılmışdı.

54 yaşlı fizik Dmitri Kolkerin vəkili Aleksandr Fedulovun sözlərinə görə, o, rəsmi qurumlarla əlaqə saxlamağa çalışsa da, Kolkerin dünyasını dəyişdiyini bildirərək geri qaytarılıb. Fedulov həmçinin bildirib ki, bazar ertəsi Kolkerin saxlanma şəraiti ilə bağlı hüquqi şikayət verəcək.