"Bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ilin sonuna qədər proses davam edəcək. 

S.Babayev əlavə edib ki,  5500 nəfər şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazilər işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar".

Anar Kəlbiyev