"Rusiya Ukrayna sərhədinə 92 mindən çox hərbçi yığıb və yanvarın sonu, fevralın əvvəli hücuma hazırlaşır".

"Unikal" xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri, general Kirill Budanov deyib.

Onun sözlərinə görə, Ukraynaya hücum üçün Belarus ərazisindən də istifadə olunacaq.

Budanov bildirib ki, hücumun nəticələri Ukrayna üçün Donbasdakı silahlı münaqişədən daha dağıdıcı olacaq.