Rusiya prezidenti Vladimir Putin istefa verən hökumət üzvləri ilə görüş keçirəcək.  

"Unikal" xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalı məlumat yayıb. 

Görüş Putinin andiçmə mərasimindən əvvəl baş tutacaq. 

Qeyd edək ki, Rusiya liderinin inaqurasiyası mayın 7-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Konstitusiyaya görə, Nazirlər Kabineti dövlət başçısı yeni müddətə daxil olana qədər istefa verəcək. 

Ağarza Elçinoğlu