Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.
"Unikal" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetskiy bildirib.
Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər