Yaponiyada fişəng istehsalı zavodunda yanğın baş verib.

Unikal.org xəbər verir ki, insident Otaru şəhərində baş verib. 

Yanğın nəticəsində 3 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda yanğını söndürmək üçün əməliyyat davam edir.