Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Unikal.org-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib. 

Gülayə Mecid