Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bərdə Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi  başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

16:43

Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.