ABŞ-da sinifə gec girən və maska ​​taxmayan tələbə 88 yaşlı professorun istefa verməsinə səbəb olub. 

Unikal.org xəbər verir ki, Corciya Universitetinin professoru bir tələbənin maska ​​taxmaqdan imtina etməsindən sonra mühazirə zamanı istefa verdiyini açıqlayıb. Belə  ki, Psixologiya professoru Irşin Bernstein mühazirə deyərkən,  tələbələrdən biri sinifə  gec girib. Müəllim tələbədən maska taxmasını tələb edib.  Tələbə isə maskanı çənəsində saxlayıb. Bu zaman  88 yaşlı professor  mühazirəni  dayandıraraq, istefa verdiyini açıqlayıb.  

Tələbə isə mühakimə olunub. O,  açıqlamasında   "nəfəs almaqda çətinlik çəkdiyini" söyləyərək,  maska taxmadığını bildirib. 

 Gülayə  Mecid