Avropa Birliyi Şurası (AB) üzv ölkələrinə, COVID-19 infeksiyalarının artması səbəbindən ABŞ-dan gələn səyahətçilərə yenidən məhdudiyyət tətbiq etməyi tövsiyə edib. 

Unikal.org xəbər verir ki, şuranın birgə bəyanatla açıqladığı qərara əsasən, blokun ABŞ-ı yaz tətili vaxtında təhlükəsiz səyahət siyahısına salması ilə bağlı qərarı ləğv edilib. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir həftə ərzində ABŞ-da 977 min 947 koronavirus xəstəsi aşkarlanıb ki, onlardan 7 min 394-ü ölüb.

Şura ABŞ-dan başqa, İsrail, Livan, Monteneqro, Şimali Makedoniya və Kosovanı da vacib olmayan səyahətlər üçün etibarlı ölkələr və bölgələr siyahısından çıxarıb. 

Ağarza Elçinoğlu